Parenting

4 Əsas Tərbiyə Modeli və Onların Uşaqlara Təsiri



Valideynliyin ecazkar tərəfi budur ki, bütün valideynlər övladlarını tamamilə fərqli tərbiyə metoduyla yetişdirirlər. Uşaq tərbiyə metodu, valideyn-övlad münasibətlərinin bir yoludur, valideynlərin övladlarıyla ünsiyyət qurduğu zaman istifadə etdikləri strategiyalar toplusudur. 

Ailədə sabitliyin pozulması uşağın şəxsiyyətinin formalaşmasına birbaşa təsir edir və özünü müxtəlif təzadlar formasında göstərir. Diane Baumrind və onun elmi komandası 1960-cı illərdə uşaq tərbiyəsinin 4 modelini müəyyən etmişdir. Eyni kəşf özünü Makkobi və Martin araşdırmalarında da sübuta yetirmişdir.

Gəlin bu tərbiyə üsullarını yaxından incələyib valideynlərə uyğun olan növünü seçək:

  • Avtoritar
  • Səlahiyyətverici
  • İcazəverici
  • Passiv

Məqaləmizin valideyn-tərbiyə modellərindən bəhs edən hissəsini bütün detallarıyla oxumaq vacibdir. Nəticədə, əksər ailələr uşaqlarının qayğı və dəstək dolu mühitdə böyüyüb, inkişaf etməsini istəyir.


Avtoritar Tərbiyə Modeli

Avtoritar hesab edilən valideynlər sərt qaydaların və minimum danışıqların həvəskarıdır.

  • Bu modeli istifadə edənlər uşaqları daim monitorinq edərək onları dinləməməyə üstünlük verir.
  • Uşaqların keçirdiyi hisslər belə tip valideynlər üçün əhəmiyyət daşımır. Onlar çox nadir hallarda anlayış göstərir.
  • Uşaqlar tez-tez cəzalandırılır. Qaydalar qısa şəkildə izah edilir.
  • Ünsiyyət birtərəfli şəkildə baş verir. (Valideyndən uşağa)

Avtoritar valideynləri olan uşaqlar əminsizlik, ünsiyyətdə çətinlik problemi yaşayırlar. Qaydalara çox yaxşı əməl edirlər, lakin fikirlərini səsləndirməkdə çətinlik çəkirlər. Çox vaxt bu uşaqlar düşməncəsinə və ya aqressiv davranırlar. Yaradıcı düşünmək əvəzinə, tez-tez valideynlərinə qarşı qəzəb və ya basqılanmış təcavüzə yönəlirlər.

Avtoritar valideynlər uşaqları tapşırıqları yerinə yetirməyə məcbur etdikləri üçün yaradıcılıq və şəxsi inkişaf istiqamətində boşluqlar yaranır. Bu tərbiyə modeli mənfi nəticələrə səbəb ola bilər, buna görə də bu modeldən istifadə edən valideynlər uşaqlarla ünsiyyət quran zaman digər üsulları düşünməlidirlər.

İcazəverici Tərbiyə Modeli

Bu modeldən istifadə edən valideynlər ümumiyyətlə övladlarına tam sərbəstlik verir. Məhdudiyyətlərin sayı azaldılır. Belə valideynlər valideynlərdən daha çox uşağın dostuna çevrilmiş olur. Bu tip valideynlərin əsas xüsusiyyətləri:

  • Belə valideynlər yumşaq davranırlar. Ümumiyyətlə, ciddi bir problem ortaya çıxdıqda hərəkətə keçməyə başlayırlar.
  • Onların nəzarət tərzi sərtliyə zidd birşeydir. Ciddi standartları yoxdur və ümumiyyətlə uşaqlarının problemlərini təkbaşına həll etmələrinə icazə verirlər.
  • Bu valideynlər ümumiyyətlə qayğıkeş və tərbiyəlidir. Uşaqlarla ünsiyyətləri isti, səmimi və açıqdır.
  • Bu valideynlər tələbkar olmur və uşaqları cəzalandırmağı sevmir.
  • Onların uşaqdan yetkinlik və özünüidarə baxımından yüksək gözləntiləri olmur.

Bu cür valideynlərlə uşaq ümumiyyətlə eqoist, ziddiyyətli və şıltaq böyüyür. Bu uşaqlar daha çox təhsillərində çətinlik çəkirlər, eyni zamanda qanun və qaydalara əməl edə bilmirlər.

Bu tərbiyə modeli uşaqların həyatda uğur qazanmaq üçün dəyərli bacarıqları inkişaf etdirmək üçün fəaliyyətlərini müdrik seçmələrinə mane olur.


Passiv Tərbiyə Modeli

Passiv tərbiyə edən valideynlər övladlarına tam sərbəstlik verirlər və əksər vaxtlar uşağın ehtiyaclarını cavabsız qoyurlar. Ümumiyyətlə, bunlar valideyn hisslərinə yad olan valideynlərdir, ya uşaq böyütməklə maraqlanmırlar, ya da sadəcə nə edəcəklərini bilmirlər.

Bu tərbiyə modelini yaxşı anlamaq üçün onun cəhətlərini incələmək vacibdir:

  • Tərbiyə edərkən nizam-intizam hiss edilmir
  • Uşaqla emosional bağlılıq yox dərəcəsindədir
  • Məlumatsızlıq və qayğı azlığı mövcuddur
  • Uşaqla ünsiyyət minimum həddə çatdırılır
  • Uşaqlardan gözləntilər yox səviyyəsi qədər azdır

Müasir uşaqlar tez-tez onlayn oyun oynayır, YouTube seyredir, telegramda yoldaşları ilə mesajlaşır və ya internetdəki xəbərləri oxumaq üçün çox vaxt sərfedirlər. Passiv valideynlər, bu asılılıq fəaliyyətlərinin zərərli təsirlərini azaltmaq üçün ağlabatan məhdudiyyətlər qoymurlar və bu da fəlakətli nəticələr verir. Bu, akademik performans, aşağı hörmət və depressiya ilə bağlı problemlərə səbəb ola bilər.

Passiv valideynlər övladları ilə birgə yaradıcılıq və ya idman fəaliyyəti ilə maraqlanmırlar. Nəticədə, uşaqlar sosial adaptasiyada çətinliklər yaşayır və həyatın demək olar ki, bütün sahələrində zəif nəticə göstərirlər.

Səlahiyyət Verən Tərbiyə Modeli

Bu modeli tətbiq edən valideynlər ağıllı və qayğıkeşdirlər. Tez-tez yüksək və aydın gözləntilər qoyurlar. Nüfuzlu ailələrdən olan uşaqlar yüksək səviyyədə intizam və müstəqillik nümayiş etdirirlər. Bu cür tərbiyə modelinin spesifik xüsusiyyətləri hansılardır?

  •  Yüksək reaksiya və yüksək tələblər
  • Qaydalar var və bu qaydaların qoyulma səbəbi açıqlanıb
  • Uşağın əqli inkişafına əsasən valideynlə daim ünsiyyət olur
  • Uşağın fikirləri və hisslərinə həssas yanaşılır
  • Limitlərin qoyulmasında sistemin mövcud olması
  • Qayğı və sevginin daim gücləndirilməsi

"Demokratik" adlandırılan tərbiyə modeli tərzi çox zaman uşaqlar üçün yaxşı nəticələr verir. Səlahiyyətli valideynlər, övladları ilə qarşılıqlı əlaqədə olmaq üçün ağlabatan səylər göstərir, 15 yaşına çatana qədər uşaqlıqlarının müxtəlif mərhələlərində şəxsiyyətlərinin formalaşması şərait yaradırlar. Bu tip valideynlər açıq hava oyunlarının və yaradıcılıq fəaliyyətlərinin uşağın psixoloji və fiziki inkişafında nə qədər vacib olduğunu anlayır.

Araşdırmalar sübut etdiki, səlahiyyət verən valideynlər tərəfindən böyüdülmüş uşaqlar yeni şeylər öyrənmək qabiliyyətlərinə daha çox güvənir. Bu uşaqlar tez-tez valideynlərinə onlayn oyunlar oynamaq əvəzinə filmlər və tamaşalar və konsertlər üçün bilet sifariş etmələrini təklif edirlər.


Hadigro'dan Yekun

Bu modellərin hər biri öz xüsusiyyətlərinə malikdir və uşağın şəxsiyyətinin formalaşmasına müxtəlif cür təsir edir. Valideyn olmaq yer üzündə ən çətin, lakin ən çox kompensasiya olunan peşələrdən biridir. Valideynlər olaraq, hərgün, özümüzü, uşaq üçün hərşeyi etməyə məcbur edirik. Bu sizi yorurmu? Bəli, bu hiss bizə tanışdır və həlli yolumuz var.

Hadigro, ailələr ilə uşaqlar üçün fəaliyyətlər təklif edən provayderləri birləşdirən platformadır. Bakıda qurulan Hadigro platforması Azərbaycanda yaşayan, 15 yaşa qədərki uşaqlar üçün nəzərdə tutulub və uşaqlarını daim inkişaf etdirmək istəyən ailələrin ən yaxın köməkçisidir. Hadigrodan istifadə edən valideynlər müxtəlif fəaliyyətlərdə uşaqlarının özlərini sınamasına şərait yaradır və uşaqları yetişərkən özləri də müsbət təcrübə əldə edərək oluna biləcək ən mükəmməl valideyn kimi formalaşırlar.

Biz inanırıq ki, müsbət mühit uşaqların güclü şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. Valideynlər uşaqlara səlahiyyət verməyi öyrənir. Əyləncəli dərslərimizi yaxından təqib etmək üçün saytımıza daxil ola bilərsiniz. Uşaq-valideyn münasibətlərinin sağlam olması bizim üçün vacibdir.

Hadigro xoşbəxt uşaqlıq və uşaqlar üçün mövcuddur. Bizə qoşulun!