Active Play

Oyunların uşaq inkişafı üçün faydaları



Əziz oxuyucular, uşaq ikən hansı oyunları oynayırdınız? Müsahibə etdiyimiz böyüklərdən bəziləri gizlənpaç, müharibə, rezin lent, evcik-evcik, səndə-məndə və bənövşə kimi oyunları xatırladılar. Telefonlar və kompyuterin təsiri olmadan köhnə nəsildən olan uşaqlar oyuncaqlarını istifadə edərək, qalalar inşa edərək, tamaşalar qoyaraq və geyinib-keçinərək xəyali dünyalar qurmaqla məşğul idilər.

Bəs müasir uşaqlar necə? Bu günlərdə onların nə kimi oyunlar oynamaq fürsəti var?

Əfsuslar olsun ki, bu zamanda uşaqlar oyun oynamağa yetərincə zaman ayırmır və bunun uşaqların inkişafına olan ömürlük təsiri çoxlarının düşündüyündən də ağır ola bilər. Hər gün daha çox valideyn oyun oynamağa az zaman ayıran yeni nəsilin əngəllərini anlayır.  

Bu dəfəki məqaləmiz oyunların önəmini, müxtəlif oyun fəaliyyət növlərini və uşaqların oyun oynamamasının yan təsirlərini təhlil edəcək. Oyun oynamağın faydaları və uşaqlara nə cür məşğuliyyətlər, oyuncaqlar və fəaliyyətlər lazım olduğu haqqında daha çox məlumatlı olmaq üçün axıra qədər oxuyun.

Uşaq inkişafı üçün lazım olan ən önəmli oyun növləri

Oyun oynamaq öyrənməyin əsas hissəsi olub uşaqlara böyükləri yamsılamaqla yeni bacarıqlar əldə etməyə imkan verir. Oyunlar uşaqlar üçün aktiv zehni məşğuliyyət kimi onların kreativliyi və fantaziyalarını inkişaf etdirməyə imkan verir. İndi isə aşağıda çağalar, körpələr və məktəbəqədər uşaqlar üçün ən çox oynanılan oyun növlərini sizə təqdim edirik.

Sərbəst oyun (0-3 ay)

Bu mərhələdə uşaqlar sadəcə qolları, ayaqları, əlləri, pəncələri və s. ilə müxtəlif hərəkətlər edirək öz bədənlərinin necə hərəkət etdiyini öyrənir və kəşf edirlər.

Tövsiyə olunan oyuncaqlar: uşaqlar üçün təhlükəsiz olan ev şəraiti, çoxlu toplar olan teksturalı dəstlər, uşaq arabası, and arabadan asılan oyuncaqlar.

Fəaliyyətlər: Mahnı oxumaq, yellənmək, qarın üstündə uzanmaq və ya səs çıxardan rəngli oyuncaqlarla oynamaq önəmli inkişaf bacarıqlarına dəstək olan uyğun fəaliyyətlərdir.


Təkbaşına oyun (0-2 yaş)

Bu mərhələ uşaqların oyuncaqlarla təkbaşına oynayıb digər uşaqlara və onların etdiklərinə fikir vermədiyi bir zamandır. Oyun oynamaq bu mərhələdə baxmaq, toxunmaq, tutmaq və dadmaq kimi hissetmə bacarıqları vasitəsi ilə dünyanı kəşf etməyi əhatə edir. Bədənlərinin ətrafa necə uyğunlaşdığını və onları əhatə edənlərlə necə qarşılıqlı əlaqədə olması ilə bağlı artan anlayışları uşaqların motor bacarıqlarını və məkan şüurunu inkişaf etdirir.

Tövsiyə olunan oyuncaqlar: körpələr üçün təhlükəsiz olan “Əziz zoopark” və ya “Başdan ayağa” kimi interaktiv kitablar, karton qutular, müxtəlif sonu olmayan oyuncaqlar, oyuncaq mətbəxlər, qatar dəsti, və digər təsəvvürü genişləndirən oyuncaqlar.

Fəaliyyətlər: Onlarla üzünüzü əl ilə örtərək gizlənmə oyunları oynaya bilər və ya onlara oyuncağı düşürüb götürərək səbəb və nəticə prinsipinin nə demək olduğunu kəşf etməyi öyrədə bilərsiniz. Bunlar göstərilən mərhələ üçün ən uyğun fəaliyyətlərdir.

Müşahidəçi/Tətqiqatçı (2 yaş)

Bu mərhələdə uşaqlar digər uşaqların oynamasını müşahidə etməyə başlayır, lakin hələ də onlarla oynamır. Bu oyun mərhələsi əsasən passiv olmasına baxmayaraq yenə də onların inkişafı üçün çox önəmlidir. Digər uşaqlarla oynamaq bacarığı məktəbdə və kənarda digərləri ilə yola getməyi öyrənmək üçün vacibdir.

Tövsiyə olunan oyuncaqlar/fəaliyyətlər:

  • İstər bağbanlıq, istər musiqi alətində ifa etmək istərsə də pazl qurmaq olsun, uşağa sevdiyiniz məşğuliyyətləri göstərin.
  • Uşaq sizdən uzaqlaşıb digərlərinə qoşulmaq istəməsə belə onu parka aparıb qumluqda oynayan uşaqlara baxmasına imkan verin. Bura uşaqların digərlərini və onların necə oynadığını izləməsi üçün idealməkandır.
  • Əgər uşağınızın bacı və ya qardaşı varsa, onları özlərindən böyük olanın hərəkətlərini izləməyə təşviq edin. 3 yaşa qədər uşaqlar paylaşmaq anlayışına sahib olmasalar belə, sonradan sizin yaşca böyük olan övladınıza oyun yoldaşı olmağı öyrənəcəklər.


Paralel oyun (2+ yaş)

Uşağın digərləri ilə oynamayıb onların yaxınlığında və ya varlığında oynadığı bu mərhələ parallel oyun adlanır. Oyun oynamağı öyrənmək digərləri ilə münasibət qurmağı öyrənmək deməkdir. Ona görə də, uşağın digərləri ilə əlaqə qurmağa başlamadan öncəki son mərhələ parallel oyundur.

Tövsiyə olunan oyuncaqlar: yığmaq və çeşidləmək üçün oyuncaq kublar, yapışqanlı kitablar, yumşaq materialı olan tunel və çox hündür olmayan dırmaşma divarları.

Fəaliyyət: Uşaqları bir araya gəlib kublarla və ya musiqi alətləri ilə yanaşı amma ayrı-ayrılıqda oynadıqları sosial fəaliyyətlərə həvəsləndirmək. Bu onlara dostluğun və birgə fəaliyyətlərdə yer almağın dəyərini anlamağa kömək edəcək.

 Əlaqəli oyun (3-4 yaş)

Uşaq digərləri ilə ünsiyyət qurmağa başlayır, lakin bu mərhələdə çox ünsiyyət olmur. Uşaq ətrafındakı uşaqların da iştirak etdiyi fəaliyyətlərdə yer alıb yenə də onlarla ünsiyyət qurmaya bilər. Məsələn, uşaqlar hamısı eyni oyun meydançasında oynayıb dırmanmaq, yelləncəkdə yellənmək və s. kimi fərqli fəaliyyətlərlə məşğul ola bilərlər.

Tövsiyə olunan oyuncaqlar/fəaliyyətlər: Geyinib-keçinmə oynamaq, uşaq meydançasındakı eyni avadanlıqdan istifadə etmək və ya oyuncaq mətbəxi paylaşmaq fəaliyyətləri əlaqəli oyun mərhələsi üçün ən gözəl nümunələrdir. Uşaqların hər birinin diqqət ayırdığı fərqli bir məşğuliyyət olsa da, onlar yenə də bir-biriləri ilə danışıb eyni oyuncaqlardan istifadə edə bilərlər.

Əməkdaşlıq oyunu (4+ yaş)

Bu mərhələdə biz komanda oyununu izləyə bilərik. Uşağın digərləri ilə oynadığı əsnada həm fəaliyyətə, həm də digər iştirakçı uşaqlara diqqət etdiyi mərhələ əməkdaşlıq oyunu adlanır.

Oyun məqsədləri nəzər nöqtəsindən bu mərhələ inkişafın sonuncu mərhələsidir, çünki istər məktəb layihəsi, istər teatr tamaşasının qoyuluşu və istərsə də idman ilə məşğul olmaq olsun, bunların hər birində eyni prinsip istifadə olunur. Bu oyunlar zamanı uşaqların qazandığı ünsiyyət saxlamaq, sosiallaşmaq və kommunikasiya qurmaq bacarıqları ömür boyu uğurun təməlini qoyacaqdır.

Tövsiyə olunan oyunlar: Xəzinə ovu, pazllar, komanda oyunları, masaüstü oyunlar.

Uşaqlar üçün master-klaslar: Yemək bişirmə, rəsm çəkmə, əl ilə görülən sənət işləri, kreativ rəssamlıq, gil heykəltəraşlığı, illüstrasiya və s.

İdman fəaliyyətləri: Basketbol, beyzbol, futbol, badminton, velosiped sürmək, skeytbordinq və rolik sürmək, üzgüçülük, tennis, voleybol, uşaqlar üçün yoqa və s.


Əməkdaşlıq oyunu hər ailə üçün inanılmaz dərəcədə azadlıq və həyəcan verən bir mərhələdir. Saytımızda Bakı şəhərində, Azərbaycanda keçirilən müxtəlif fəaliyyətləri tapa və bilet ala bilərsiniz.

Oyun biz uşaq olarkən başlayırvə heç vaxt dayanmır! Oyun oynamağı uşağın gündəlik rejimininə daxil edərək onlara oynamaq üçün zaman ayırmaq hər yaşda önəmlidir. Bu məqalədə qeyd edilən mərhələlər uşağınızdan oyun oynamaq bacarıqları ilə bağlı nələri gözləməyiniz üçün ümumi təlimatlardır. Əgər xüsusi tövsiyyələr istəyirsinizsə, saytımızdakı fəaliyyətlərə nəzər sala bilərsiniz.

Hadigro’da biz müxtəlif xasiyyətlərə, sosial, emosional, intellektual və mühit ehtiyaclarına sahib uşaqlar üçün oyunlar, akademik məlumatlandırma və digər təşkil olunan fəaliyyətlərin balansını saxlayırıq.

Oyun oynamamağın yan təsirləri

Boston Kolecinin apardığı psixoloji araşdırma son 40 ildə uşaqların boş vaxtının kəskin şəkildə azalmasını qeyd edir ki, bu da onların özünə güvənən yetkin bir şəxsiyyətə çevrilməsinin qarşısını alır. Oyun oynamağın yetərsiz olması emosional inkişafa təsir göstərib həyəcan, depresiya, diqqət və özünü idarə edə bilməmə problemlərinə gətirib çıxardır.

Oyun oynamaq uşaqları önəmli olan həyat təcrübəsi ilə təmin edir. Bu təcrübə olmadan uşaqlar özünə əmin və səriştəli yetkinliyə qədər inkişaf edə bilməyəcəklər. Bizim məqalə yetərli oyun oynamamaq nəticəsində əmələ gələ biləcəklər haqqında həyəcan siqnalı vermək niyyəti daşıyır. Biz inanırıq ki, müxtəlif kreativ oyun fəaliyyətlərinin çatışmazlığı zəmanəmizin həll edilməsi gərəkən ən böyük problemidir.


Oyun olmaması uşaqlarda həyəcanın yaranması və mütəmadi olaraq oyun əvəzinə emosional stressli fəaliyyətlərdə iştirak edən uşaqlarda depressiyanın yaranması ilə nəticələnə bilər. Biz valideynlərin emosional olaraq sağlam uşaqların inkişaf etməsində oyun vaxtının və kreativ fəaliyyətlərin nə qədər önəmli rol oynadığını anlamasını istəyirik. 

Prioritetləri yenidən nəzərdən keçirərək uşaqların həyatına yön verib onları kreativ, inkişaf etdirən və uşaqlara yönəlik fəaliyyətlərin istiqamətinə dönmək heç zaman gec deyil. Biz sizə bu prosesdə kömək etməyə hər zaman hazırıq.

Hadigro’dan yekun

Oyun uşaqlığın əziz bir parçası olub uşaqlara önəmli inkişaf faydaları təqdim edir. Oyun həm də valideynlərə uşaqları ilə tam şəkildə ünsiyyət qurmaq imkanı verir. Lakin müasir kompyuter və televizorlar uşaqların oyun oynamağın faydalarından zövq ala bilmək imkanını azaldıb.

Biz Hadigro’da uşaqların inkişafı, onların sağlam inkişafının təbliğ edilməsi və valideynlərlə uşaqlar arasında güclü əlaqələrin qorunması üçün optimal mühit yaratmağa çalışırıq.

Saytımızdan sizin uşağınızın kreativliyi və fantaziyasını inkişaf etdirəcək balanslaşdırılmış oyun faydaları ilə dolu fəaliyyətlər seçin. Bizə qoşulub uşaqlarınızın əylənməsinə icazə verin!