Məxfilik Siyasəti

Son yenilənmə tarixi: 28 yanvar 2021-ci il

Biz (Hadigro MMC) fərdi məlumatlarınızın qorumasına hörmət edirik. Məxfilik siyasətimiz (Xidmət Şərtlərimiz ilə birlikdə) sizdən topladığımız və ya bizə təqdim etdiyiniz hər hansı bir fərdi məlumatın Hadigro (www.hadigro.com) veb səhifəsindən (hər birində) istifadə etdiyiniz zaman tərəfimizdən işlənəcəyinə əsas verir (desktop, planşet və mobil cihazlar da daxil olmaqla mövcud olan hər bir versiyada) (bundan sonra "Veb səhifə" olaraq adlandırılacaq).

Xahiş edirik, fərdi məlumatlarınızla bağlı yanaşma və təcrübəmizi və onlarla necə davranacağımızı anlamaq üçün aşağıdakıları diqqətlə oxuyasınız.

Veb-səhifə Hadigro adı altında kommersiya fəaliyyəti göstərən, həmçinin “Biz” və “Bizə” olaraq da adlandırılan Hadigro MMC tərəfindən idarə olunur.

Haqqınızda toplaya biləcəyimiz Məlumatlar

Bizə Təqdim etdiyiniz məlumatlar

Biz Sizin təqdim etdiyiniz məlumatları toplayır və saxlayırıq. Beləki, Siz aşağıdakı hallarda fərdi məlumatlarınızı Bizə təqdim etməyi seçdiyinizi təsdiq edirsiniz:

  • Hadigro-da qeydiyyatdan keçdikdə
  • Hadigro vasitəsilə sifariş verdikdə
  • Bizimlə əlaqə qurduqda (məsələn, bizə e-poçt göndərdiyiniz zaman)
  • Hadigro-da Təşkilatçını nəzərdən keçirdikdə
  • Sorğu və ya müsabiqələrə qoşulduqda

Əlaqəli və İzlənilən məlumatlar

Hadigro-dan necə istifadə etdiyiniz barədə məlumatları, məsələn Veb səhifədə baxdığınız ekranlar və ya yaddaşda saxladığınız fəaliyyətləri qeyd edirik.

Təşkilatçılar tərəfindən verilən məlumatlar

Hadigro vasitəsilə bir fəaliyyət rezerv edib və daha sonra ödənişin geri qaytarılmasını tələb etdiyinizdə, həmin fəaliyyət üzrə xidmət göstərən təşkilatçı bu barədə bizə məlumat verə bilər.

Sizdən topladığımız məlumatdan necə istifadə və emal edirik

Bizə təqdim etdiyiniz və ya sizin barənizdə əldə etdiyimiz məlumatları aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Qeydiyyatdan keçdiyiniz hesabları idarə etmək
  • Əməliyyatları (xidmətləri) rezerv etməyə yol vermək
  • İstədiyiniz xidmətlər barədə sizə məlumat vermək, məsələn, sifarişinizinelektron qaydada təsdiqi barədə məktub
  • Sizə əhəmiyyətli inzibatiqaydalar barədə elektron məktublar(e-poçt) göndərmək üçün, məsələn, Xidmət Şərtlərimizə əsaslı dəyişikliklər edildiyi halda
  • Bizə göndərdiyiniz e-poçtlara cavab vermək
  • Marketinq xarakterli mesajların göndərilməsinə icazə verdiyiniz halda, sizə marketinq xarakterli ismarıclar göndərmək
  • Veb səhifədən istifadə etdiyiniz zaman sizə müvafiq xidmətlərin siyahısını təqdim etmək
  • Əlaqəli və istifadəçi məlumatlarını təhlil edərək məhsul və xidmətlərimizi təkmilləşdirmək
  • Tərəfdaşlarımıza ümumiləşdirilmiş məlumatları ötürmək
  • Marketinq kampaniyalarımızı optimallaşdırmaq və təkmilləşdirmək
  • Dövlət və ya hüquq-mühafizə orqanlarının tələblərinə cavab vermək və qanunvericiliklə müəyyən edilən qaydada və həcmdəBizdən tələb edilən hüquqi tənzimləmə və digər tələblərə cavab vermək üzrə öhdəliklərimizi yerinə yetirmək.

Məlumatlarınızın saxlanılması

Biz yalnız fərdi məlumatların istifadə edildiyi müddətdə saxlanmasına görə məsuliyyət daşıyırıq. Fərdi məlumatların məhv edilməsinə dair mövcud qaydalarımız aşağıdakılardır:

  • Hadigro məhsullarını 5 il ərzində istifadə etmədikdə Hadigro istifadəçi hesabı məlumatlarınızı bazamızdan siləcəyik.
  • 12 aydan yuxarı müddətdə saxlanılan bütün əlaqəli məlumatları adsızlaşdıracayıq.
  • Siz hımçinin Bizə fərdi məlumatlarınızın silinməsi barədə müraciət edə bilərsiniz Biz bu tipli sorğulara 21 gün ərzində cavab veririk.
  • Siz veb səhifədən Hadigro hesabınızı silə bilərsiniz. Bu halda,hesabınızla əlaqəli bütün hesab məlumatlarınız silinəcək və hesabınızla bağlı izlənilən məlumatlar adsızlaşdırılacaq.

Fərdi məlumatlarınızın redaktə edilməsi

Hadigrodan istifadə edərkən Siz Hadigro-da hesabaçmağı seçə bilərsiniz.Bu halda, təqdim etdiyiniz məlumatlar istədiyiniz zaman tərəfinizdən redaktə edilə bilər.

Siz həmçinin fərdi məlumatlarınızda dəyişiklik etmək üçün Bizə də müraciət edə bilərsiniz.Bu tipli sorğulara 21 gün ərzində cavab veriləcək.

Veb səhifədən Hadigro hesabınızı silə bilərsiniz.Hesabınızı sildiyiniz təqdirdə, hesabınızla əlaqəli bütün hesab məlumatlarınız silinəcək və hesabınızla bağlı izlənilənməlumatlar adsızlaşdırılacaq.

Kukilər

Hadigro, məhsul və xidmətlərindən istifadə edərkən sizə ən yaxşı təcrübəni bəxş etmək üçün brauzerinizdəki kukilərdən istifadə edir.Kukilər və bənzər texnologiyalar veb səhifəni ziyarət edərkən kompüterinizdə və ya mobil cihazınızda məlumatlarınızı saxlamaq üçün istifadə olunur.

Kuki Siyasətimizlə tanış olaraq kukilərdən necə istifadə etdiyimizi barədə məlumat əldə edə bilərsiniz.

Fərdi Məlumatlarınızı Harada Saxlayırıq

Toplanılan məlumatlar Azərbaycan Respublikasından kənar hər hansı məkana ötürülə və orada saxlanıla bilər.

Məlumatlarınızın ötürülməsi zamanı məlumatın qorunmasını və məxfilik barədə müvafiq qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək üçün müvafiq addımlar atacayıq.Biz həmçinin, məlumatlarınız Azərbaycan Respublikasından kənara ötürüldüyü haldasözügedən məlumatlarınızla etibarlı və bu məxfilik siyasətinə uyğun şəkildə rəftar edilməsi üçün bütün ağlabatan texnoloji və digər tədbirləri həyata keçirəcəyik.

Bizə təqdim etdiyiniz bütün məlumatlar Amerika Birləşmiş Ştatları və digər Avropa İqtisadi Bölgəsi ölkələrində yerləşən (və ya üçüncü tərəf olan server provayderləri) təhlükəsiz serverlərimizdə saxlanılır.Sizə Veb səhifənin müəyyən hissələrinə giriş etməyə imkan verən parol verdiyimizdə (və ya seçdiyiniz yerdə), bu parolun məxfi saxlanması üçün cavabdehsiniz.

İnternet vasitəsilə məlumatın ötürülməsi tam təhlükəsiz deyil.Fərdi məlumatlarınızı qorumaq üçün əlimizdən gələn bütün səyləri göstərəcəyik, lakin Hadigro-ya ötürülən məlumatlarınızın təhlükəsizliyini təmin edə bilmərik; hər hansı bir ötürülmə riskinə görə  cavabdehliyi siz daşıyırsınız.

Məlumatlarınızı əldə etdikdən sonra icazəsiz girişin qarşısını almaq üçün sərt təhlükəsizlik tədbirlərindən istifadə edəcəyik.

Məlumatlarınızın Üçüncü Tərəflərə ötürülməsi

Fərdi məlumatlarınızdan heç bir halda satış məqsədilə istifadə etməyəcəyik, lakin aşağıdakı səbəblər ilə əlaqədar olaraq məlumatlarınızı üçüncü tərəflərlə paylaşa bilərik.

Hər hansı bir xidməti rezerv etdiyiniz zaman

Sifariş etdiyiniz xidmətləri göstərə bilmələri üçün reservasiya zamanı təqdim etdiyiniz məlumatları xidmət təşkilatçısına təqdim edirik.

Hadigro-ya xidmət göstərən şirkətlər

Sizə xidmət göstərmək və işimizin idarə edilməsinə kömək olaraq üçüncü tərəflərin xidmətlərindən istifadə edirik, beləki, onlarla əlaqə yaradılmasına razılıq bildirən istifadəçilərə e-poçtlar göndəririk.

Hər bir halda, fərdi məlumatlarınızı üçüncü tərəf xidmət təminatçılarımız (provayder) ilə paylaşarkən, məlumatlarınızın qorunması üçün fərdi məlumatların mübadiləsinə  dairmüvafiq müqavilə forması olacaqdır.

Şirkət səhmlərinin ötürülməsi

Hər hansı bir müəssisəni və ya səhmi satın aldıqa, satdıqda və ya öhdəliklərimizi bu və ya digər formada ötürdükdə, həmçinin iflas, müflisləşməilə əlaqədar təsviyəçiyə ötürdükdə fərdi məlumatlarınızı şirkət və ya səhmin satıcı və ya alıcısına açıqlamağımız tələb oluna bilər.

Hüquqi Öhdəliklər

Hadigro, Veb səhifəsində göstərilən xidmət təşkilatçılarının və ya digər Hadigro istifadəçilərinin hüquqlarını, mülkiyyətini və təhlükəsizliyini qorumaq məqsədilə fərdi məlumatlarınızı qanundan gələn öhdəliklərimizin icrası ilə əlaqədar olaraq olaraq və ya Hadigro Xidmət Şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirmək və ya tətbiq etmək üçün açıqlamaq və ya paylaşmaq öhdəliyimiz yarandığı halda.

İctimaiyyətə açıq məlumat

Fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə yayımladığınız halda (məsələn, rəy bölüşsəniz) digər Hadigro istifadəçilərinin sizi tanıması və ya üçüncü tərəflərin bu məlumatları toplaması mümkün ola bilər.

Marketinq Əlaqələri

Bizdən marketinq mesajları almağı seçərək bu tip mesajlara abunə ola bilərsiniz. E-poçtları qəbul etməyi seçməyi və ya marketinq kommunikasiyalarına daxil olan abunəliyi dayandırmağı hesabınızın ayarlar hissəsindən və ya abunəçiliyi dayandırma linkləri vasitəsilə idarə edə bilərsiniz.

Xarici Linklər

Hadigro, müəyyən müddətlərdə üçüncü tərəflərin veb səhifələrinə və ya onların veb səhifələrindən linklər daşıya bilər.Bu veb səhifələrdəki hər hansı bir linki izlədiyiniz təqdirdə, xahiş edirik həmin veb səhifələrin öz məxfilik siyasətlərinə malik olduqlarını və bu siyasətlər ilə əlaqədar Bizim heç bir məsuliyyət və ya öhdəlik daşımadığımızı nəzərə alasınız.

Bu veb səhifələrə hər hansı bir fərdi məlumat göndərməzdən əvvəl həmin qaydalara nəzər yetirməyiniz məsləhət görülür.

Məlumat əldə etmək

Haqqınızda olan bütün fərdi məlumatlarınızın surətini əldə etmək qanuni hüququnuzdur.Məlumat əldə etmək hüququnuz Xidmət Şərtlərinəuyğun olaraq həyata keçirilə bilər.

Fərdi Məlumatların Mühafizəsi və Məxfilik Siyasətimizdəki dəyişikliklər

Gələcəkdə fərdi məlumatların mühafizəsi və Məxfilik Siyasətimizdə hər hansı bir dəyişiklik edilərsə bu səhifədə yerləşdiriləcək və zərurət yarandıqda bu dəyişikliklərsizə e-poçt hesabınız vasitəsilə bildiriləcəkdir.

Bizimlə Əlaqə

Yuxarıda sadalanan məlumatlarla bağlı hər hansı narahatlıq yaranarsa və ya bu Məxfilik Siyasəti ilə bağlı əlavə suallarınız və ya şərhləriniz olarsa, info@hadigro.com elektron poçt ünvanımız vasitəsilə bizimlə əlaqə yaratmağınız xahiş olunur.